SANO PHARMA

MİLDOS

MİLDOS TƏRKİBİ: Hər 1 tabletdə.
* Qonaqotu otunun quru ekstraktı (Passiflora incarnate herb dry extract)..................................100 mq
* Pişikotu kökünün quru ekstraktı (Valeriana officinalis rhizome and root dry extract)...............100 mq
* Maqnezium oksid (as Magnesium oxide).....................................................................................10 mq
* Mayaotu otunun quru ekstraktı (Humulus lupulus L.) .................................................................25 mq
* Vitamin B9 (Fol turşusu) (Folic acid)...........................................................................................200 mkq
FARMAKOLOJİ QRUPU: Maqnezium və Vitamin B9 (Fol tuşusu) ilə kombinə edilmiş bitki tərkibli sedativ, spazmalitik preparat.
FARMAKOLOJİ TƏSİRİ: 
Qonaqotu otunun quru ekstraktı (Passiflora incarnata herb dry extract)
- Reflektor oynaqlığı və qıcolma zamanı hərəki aktivliyi azaldır, zəif qıcolma əleyhinə təsir gostərir. Nəzərə çarpayan spazmolitik aktivliyə malikdir. Passiflora sakitləşdirici kimi nevrasteniya, yuxusuzluq, klimakterik dövürdə müşahidə olunan vegetative pozulmalar, postkontuzion və postqrippoz asteniyalarda, alkoqolun müalicəsi ərəfəsində sakitləşdirici vasitə kimi istifadə olunur. Onun sakitləşdirici, ağrıkəsici, sancı əleyhinə, yuxugətirici təsirləri daha qabarıq olduğu üçün bir çox sedativ preparatların əsas tərkib hissəsidir.
Pişikotu kökünün quru ekstraktı (Valeriana officinalis rhizome and root dry extract) – ürək fəaliyyətinin tənzimlənməsində istifadə və sakitləştirici vasitə kimi istifadə olunur. Bu bitki ən tanınmış müalicəvi bitkilərdən biridir. Dərman pişikotu həm xalq təbabətində, həm də ənənəvi tibbdə çox geniş istifadə olnur.
Dərman pişikotu baş ağrıları, miqren, əsəbilik, nevroz, isteriya, yuxusuzluq zamanı yaxşı təsir edir. Dərman pişikotu klimaks zamanı da qadınlara yaxşı kömək edir. Dərman pişikotu həm də ürək-damar sistemi xəstəliklərində və pozulmalarında da yaxşı kömək edir. Taxikardiya, hipertoniya, ürəkdə ağrılar zamanı pişikotu geniş istifadə olunur. Bitki qan dövranını yaxşılaşdırır, damarları genişləndirir, arterial təzyiqi normallaşdırır, ürəyin fəaliyyətini tənzimləyir.
Maqnezium oksid (as Magnesium oxide)- böyrək daşlarının əmələ gəlməsini azaldır və daşların əriməsini təmin edir. Maqnezium stresəleyhinə, sedativ, yuxu tənzimləyici təsirə malikdir. Qanın reoloji xüsusiyyətlərini normallaşdırır, sümük toxumasının strukturunu bərpa edir, qlükozanın səviyyəsini tənzimləyir. Menstrual tsikli normallaşdırır, böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır, beyin metabolizmi yaxşılaşdınr.
Mayaotu otunun quru ekstraktı sinir sakitıəşdirici,yuxugətirici təsir edir. Aybaşı qanamalarını nizamlayır,bədəni qüvvətləndirir və qanı təmizləyir. prolaktin ifrazını azaldır, süd vəzilərində gedən fibrokistik proseslərin sorulmasına və siklik ağrı sindromunun aradan qalxmasına səbəb olur. Cinsi hormonların səviyyəsini tənzimləyir, sarı cismin funksional çatışmazlığı ilə əlaqədar menstrual sikl pozulmalarını aradan qaldırır. Estradiol və progesteron arasındakı disbalansı tənzimləyir. Predmenstrual sindromun əlamətlərini (psixoemosional labillik, baş ağrıları, siklik mastodiniya, ödemlər) azaldır, sonsuzluğun müalicəsində istifadə olunur. Menopauza ilə əlaqəli hormonal disbalansı tənzimləyir. İltihab əleyhinə təsir göstərir.
Fol turşusu (Folic acid) qanazlığının (anemiya) müalicə və profilaktikasında ən vacib vitamindir. Belə ki,dəmirin mədə-bağırsaq traktından sorulmasını 2-3 dəfə artırır. Fol turşusu həmçinin sinir sistemi və immun sistemin normal çalışmasını təmin edir. Amin turşuların, nukleotidlərin və nuklein turşuların yaranmasında iştirak edir, eritrositlərin normal inkişafını təmin edir. Qan hüceyrələrinin yaranması prosesində iştirak edir. Bununla yanaşı fol turşusu dəmirin biomənimsənilməsini artırır.
GÖSTƏRİŞLƏRİ:
* Yüksək sinir oyanıqlığı
* Əsəb gərginliyi Müxtəlif mənşəli depressiv vəziyyətlər
*  Yuxu pozğunluğu, yuxusuzluq
* Simpativ aktivlik fonunda sıx ürək ritmi
* Emosianal və psixovegetativ pozulmalar (ruh düşkünlüyü, emosional üzgünlük, iş fəaliyyətinin  
   zəifləməsi, özünə güvənməmə halları)
* Qıcıqlanma, aqressivlik, narahatçılıq, həyəcan
* Stressə qarşı davamlılığın azalması
* Xroniki yorğunluq vəziyyətləri və asteniyalar
* Hamilə qadınlarda hipertonus
* Hamilə qadınlarda toksikoz zamanı  ürəkbulanmanı aradan qaldırmaq məqsədi ilə
* Predmenstrual sindrom; Klimakterik dövr (əsəbilik, yorğunluq)
* Toksiki zob, şəkərli diabet
* Arterial hipertenziya və s.
Əks göstərişlər:
Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.
Qəbul qaydası və dozalanma:

18 yaşdan yuxarı böyüklər 1 tablet gündə 1 dəfə təyin edilir. Dozalanma yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər.
Buraxılış forması:
TABLET №30
Sifarişçi: SANO FARMA MMC. İstehsalçı: PHARMANOR İLAÇ / Türkiyə.
Ara