SANO PHARMA

MOLİLUX TABLET

MOLİLUX Tərkibi: (Hər 1 tabletdə)
Fol turşusu...............................400 mkq           Vitamin B1…………........................3 mq            Yod...................................200 mkq                              
Vitamin B2……................................3 mq           Dəmir 2 sulfat….........................40 mq           Vitamin B6………......................6 mq
Kalsium karbonat.......................125 mq           Vitamin B12….............................9 mkq           Maqnezium karbonat…........50 mq                               
Vitamin D3….                 10 mkq (400 BV)           Selen…......................................40 mkq           Vitamin E..............................30 mq                             
Vitamin C………...........................120 mq            Vitamin K..................................40 mkq           Vitamin PP………….................40 mq
Biotin……….................................30 mkq            Vitamin A…….........................2500 (BV)         Sink…......................................20 mq                                                                                             
XÜSUSİYYƏTLƏRİ:
B qrup vitaminlər: maddəllər mübadiləsində aktiv iştirak etməklə beyin toxumasında metabolizmi yaxşılaşdırır, sinir sistemində neyromediatorlann sintezini stimulaşdınr. Əqli və fiziki əmək qabiliyyətini artırır, yaddaş və əhval ruhiyyəni yaxşılaşdırır.
Folturşusu - Amin turşuların, nukleotidlərin və nuklein turşuların yaranmasında iştirak edir, eritrositlərin normal inkişafını təmin edir. Qan hüceyrələrinin yaranması prosesində iştirak edir. Bununla yanaşı fol turşusu dəmirin biomənimsənilməsini artırır.
Yod - Qalxanvari vəz üçün çox önəmli olan bu mikroelement onun lazımı hormonları istehsal etməsi üçün zəruridir. Onlar  isə öz növbəsində həyatı funksiyaları kontrol edirlər. Dəmir- insan orqanizmi üçün qanyaranmanı stimulə edən zəruri mikroelement sayılır. O, hemoqlobin və mioqlobinin, həmçinin bir çox fermentin əsas tərkib hissəsidir. Dəmir defisiti bir çox xoşagəlməz hallara (xroniki başağrıları, başgicəllənmə, baş beynin  hipoksiyası, immunitetin zəifləməsi, tez-tez xəstələnmələr və s.) yol aça bilər.
Kalsium -orqanizmdə kalsium və D3 vitamini çatışmazlığını aradan qaldırmaqla kalsiumun rezorpsiyasını zəiflədir və sümük toxumasında miqdarını artırır. Dişlərin mineralizasiyasında  vacib rol oynayır. Kalsium neyronların normal fəaliyyəti üçün vacib elementlərdənbiri olmaqla yanaşı əzələlərin yığılması və qanın lağtalanmasında da iştirak edir.
Maqnezium – bir çox fermentativ prosesi,enerji mübadiləsini requlə edən,sinir sisteminin oyanma proseslərini tormozlayan vacib makroelementdir. Müasir insanların 90%-i bu elementin çatışmazlığından əziyyət çəkir. Maqnezium çatışmazlığı nəticəsində sinir gərginliyi fonunda qorxu,həyəcan,səbəbsiz tərləmə,yorğunluq və təngnəfəslik,ürək döyünməsi,qıcolmalar,əqli gerilik,yaddaş və diqqət pozulmaları müşahidə olunur.
Selen-insan orqanizmində müxtəlif lipopolisaxaridlərin, zülalların və fermentlərin fəaliyyəti üçün vacib rola malikdir. Çox güclü antikanserogen təsirə malik olmaqla müxtəlif bədxassəli şişlərin yaranmasının və inkişafının qarşısını alır. O qalxanabənzər vəzinin tərkibində yod olan hormonların sintezi üçün əvəzolun-maz rola malikdir. Buna görə də yod çatışmazlığı ilə mübarizədə geniş istifadə olunur. Güclü antioksidant təsirə malikdir.
C vitamini-Orqanizm üçün böyük əhəmiyyətə malikdir. Oksidləşmə-reduksiya proseslərinin və karbohidrat mübadiləsinin tənzimlənməsində iştirak edir. Kapilyar divarlarının keçiriciliyini azaldır, qanın laxtalanma qabiliyyətini gücləndirir, toxumaların regenerasiyasını stimullaşdırır, zəhərləri zərərsizləşdirir və müxtəlif zərərli amillərə qarşı orqanizmin müqavimətini artırır. Askorbin turşusundan hipo ve avitaminozların müalicə və profiklaktikasında istifadə olunur.
Sink-in orqanizmdə 300-dən çox hormon və fermentin tərkibinə daxil olması onun əvəzsiz əhəmiyyətinin göstəricisi sayıla bilər. Sink həmçinin antioksidant, reparativ və immunomodulyator təsirlərə də malikdir. Bu mikroelement antioksidant agent kimi qaraciyər hüceyrələrini oksidləşmə prosesləri məhsullarından mühafizə edir.
Biotin – piy və karbohidrat mübadiləsində aktiv iştirak edən vitaminəbənzər maddə olub  sinir hüceyrələrinin əsas enerji mənbəyi sayılan qlükoza ilə lazımi miqdarda təmin olunmasına cavabdehlik daşıyır.  
VİTAMİN D3-Yağda həll olan vitamin olub normal halda ultrabənövşəyi şüaların təsiri altında insan dərisində 7-dehidroxlesterindən sintez olunur. Vitamin D3 kalsium, fosfor və maqnezium mübadiləsinin tənzimlənməsində iştirakedir, Ca və fosfatların bağırsaqdan sorulmasını və onların böyrək kanalından reabsorbsiyasını gücləndirir, sümük toxumasının minerallaşmasını yaxşılaşdırmaqla uşaqlarda skeleton və dişlərin formalaşmasını təmin edir. Ossifıksiya prosesini gücləndirir. Qalxanabənzər ətraf vəzilərin normal fəaliyyət göstərməsinə kömək edir.
Vitamin E (alfa tokoferol) – hüceyrə membranlarını oksidlə.mədən qoruyan fəal antioksidant təsirə malik, həmçinin toxuma tənəffüsü və toxuma metabolizmi proseslərində iştirak edən yağda həll olan vitamindir. əzələ və sinir sisteminin normal fəaliyyətini dəstəkləyir.
Vitamin K- yaxud fitomenadion əsasən bitki mənşəli ərzaqlarda rast gəlinir. Ca-un bağırsaqdan sorulub sümük toxumasına çatdırılmasında vacib vitamindir.
Vitamin A-göz problemləri və korluğun qarşısını alır. İnfeksiyaya qarşı müqaviməti artırır. Dərinin, dırnaqların və saçların sağlam qalmasını təmin edir. Diş və diş ətləri üçün böyük əhəmiyyət daşıyır. Bu vitamin dərinin nəmli qalmasını təmin edir. Sinir sistemi xəstəliklərində, soyuqdəymə, ayrıca olaraq böyrəklərdə, ağciyərlərdə problemlər yaranarsa A vitamini müsbət təsirlər edir. Öskürəyə faydalıdır.
Vitamin PP-insan orqanizmi üçün çox vacibdir. Bu vitamin insan orqanizmində sintez olunmur və toplanmır və bu səbəbdən P vitamini daim orqanizmə daxil olmalıdır. İlk növbədə P vitamini insanın damarlarına çox müsbət təsir edir-onları daha möhkəm, elastik edir, damarların və kapilyarların keçiriciliyini azaldır. Bu isə varikoz xəstəliyi, ateroskleroz və s. xəstəliklərin profilaktikasıdır.
P və C vitaminlərin orqanizmdə olan təsiri oxşardır. Bu iki vitamin bir birinin təsirini gücləndirir.  GÖSTƏRİŞLƏRİ: * Vitamin, mineral, makro və mikroelement defisitinin müalicəsi və profilaktikası, eyni zamanda vitamin, mineral, makro  və mikroelementlərə tələbatını  
   yüksəldir.
* Hamiləlik zamanı və südvermə dövründə yaranan avitaminoz və hipovitaminozların müalicə və profilaktikası. Həmçinin, hamiləliyə hazırlıq dövrü.
* Cinsiyyət sisteminin funksiyasının zəifləməsi, sonsuzluq.
* İmmun sistemin zəifləməsi, cərrahi, somatik və infeksion xəstəliklərin reabilitasiyası zamanı.
* Göz xəstəlikləri.
* Ürək-damar sistemi xəstəlikləri. Ateroskleroz.
*  Xroniki yorğunluq sindromu. Stress, asteniya və nevrotik vəziyyətlərin profilaktikası.
* Müxtəlif etiologiyalı dermatit və dermatozlar.
* Onkoloji xəstəliklərin şüa və kimyəvi terapiyası zamanı aktiv profilaktika tədbirlərinin aparılması məqsədi ilə.
* Oynaq və digər dayaq-hərəkət sistemi xəstəlikləri.
* Vaxtından əvvəl qocalmanın qarşısını almaq məqsədi ilə.
* İdmançılarda artıq fiziki yüklənmə zamanı İstifadə qaydası və dozası: 14 yaşdan yuxarı: 1 tablet gündə 1 dəfə.
Buraxılış forması: karton qutuya yerləşdirilmiş plastik flakonda 30 ədəd tablet
İstehsalçı: Pharmanor İlaç ANKARA/TÜRKIYE.
 Distributor: SANO PHARMA.     
Ara