SANO PHARMA

SİOLOBEST

SİOLOBEST TƏRKİBİ: (1 tabletdə).
* Kalsium (Calsium carbonate-1500 mg)...............................600 mq
* Vitamin D3 (Cholecalciferol)...............................................10 mkq(400BV)
* Vitamin K (Fitomenadion şəklində) ....................................4,q
* Sink (Zink oxide-3,73 mg)......................................................10 mq XÜSUSİYYƏTLƏRİ:
Kalsium-sümük toxumasının əsas elementidir. Orqanizmə kalsium kifayət miqdarda daxil olunduqda, insanın sümükləri möhkəm olur. Kalsiumun defisiti əzələlərdə spazmlara (tutul-malara), əzələlərin keyiməsinə, qıc-olamlara səbəb olur. Ürəyin sağlamlığı və normal fəaliyyəti üçün çox önəmlidir. Kalsium ürək döyünməsinin tənzimlənməsində və sinir sisteminin fəaliy-yətində iştirak edir. Həmçinin qanın normal laxtalanması, müba-dilə prosesləri, damarların sağlamlığı, immun sisteminin fəaliyyəti üçün də çox vacibdir.
Vitamin D3-kalsium, fosfor və maqnezium mübadiləsinin tənzimlənməsində iştirakedir, Ca və fosfatların bağırsaqdan sorulmasını və onların böyrək kanalından reabsorbsiyasını gücləndirir, sümük toxumasının minerallaşmasını yaxşılaşdırmaqla uşaqlarda skeleton və dişlərin forma-laşmasını təmin edir. Ossifıksiya prosesini gücləndirir. Qalxanabənzər ətraf vəzilərin normal fəaliyyət göstərməsinə kömək edir.
Vitamin K-Ca-un bağirsaqlardan sorulub sümük toxumasina çatdirilmasinda vacib vitamindir.K1 vitamini aktiv forma osteokalsinin yaranmasinda iştirak edir.osteokalsin əsas sümük zülali hesab olunur,sümüklərin yenilənmə və minerallaşma prosesində Ca-un funksiyasini tənzimləyir.
Sink-in orqanizmdə 300-dən çox hormon və fermentin tərkibinə daxil olması onun əvəzsiz əhəmiyyətinin göstəricisi sayıla bilər. Sink həmçinin antioksidant, reparativ və immuno-modulyator təsirlərə də malikdir. Bu mikroelement antioksidant agent kimi qaraciyər hüceyrələrini oksidləşmə prosesləri məhsullarından mühafizə edir. GÖSTƏRİŞLƏRİ:
* Raxitin korreksiyası və profilaktikası;
* Raxitəbənzər vəziyyətləri;
* Kalsium, vitamin D və Sink defisitinin təzahürü kimi meydana çıxan müxtəlif patoloji
hallar (əzələ zəifliyi, səbəbsiz tərləmə, oyanıqlıq, qıcolma və s.);
* Hipokalsiemik və hipomaqniemik tetaniya, spazmofiliya;
* Metabolik mənşəli sümük yumşalmaları (osteoporoz);
* Sınıqlardan sonrakı bərpa dövrü. *Kalsium və D3 Vitamininə təlabatin artdiği hallar-hamiləlik və lakdasiya dövrü. Əks göstərişləri: Məhsulun tərkibində olan hər hansı komponentə qarşı həssaslıq. DOZALANMA:
14 Yaşdan yuxari uşaqlara və böyüklərə 1 tablet gündə 2 dəfə tövsiyə edilir. Buraxılış forması: N30 Tablet. Sifarişçi: SANO FARMA MMC. İstehsalçı: PHARMANOR İLAC / Türkiyə.    
Ara